Dünya

Rusiyalı hərbi bloqer Ukraynada mühakimə olundu

23 Dekabr 2023 20:45
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Sumı şəhərində məşhur rusiyalı hərbi bloqer Yuri Podolyaka qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə regional prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Podolyaka təcavüzkar dövlətlə əməkdaşlıq şəraitində Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandıran məlumatları yaymaqda təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, 48 yaşlı bloqer Sumı şəhərində doğulub və uzun müddət burada yaşayıb, lakin 2014-cü ildən Rusiya Federasiyasına gedib və hazırda o ölkənin ərazisindən məlumat yayır.

Hökmdə həmçinin bildirilir ki, Podolyaka özünü müharibənin əsas spikeri adlandırır və onun sözlərinə görə, ruslara səfərbərlikdə və informasiya zərbəsinə tab gətirməkdə kömək edir.

Qiyabi hökmdən əlavə, təqsirləndirilən şəxsin Sumı rayonunda yerləşən əmlakına məhkəmənin qərarı ilə həbs qoyulub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.