Dünya

Uşaq kanalizasiyaya düşdü, anasının xəbəri olmadı

23 Dekabr 2023 10:19
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ulan-Ude (Rusiya Federasiyası) sakini uşaq böyütmək vəzifələrini yerinə yetirmədiyinə görə məcburi əmək cəzasına məhkum edilib. Qadının altı yaşlı oğlu kanalizasiya quyusuna düşərək bütün gecəni orada keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Buryatiya prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Sərxoş ana altı yaşlı oğlunun kanalizasiyaya necə düşdüyünü hiss etməyib. Qadın uşağa kömək etməyib, oğlan isə bütün gecəni kanalizasiyada keçirib. Ulan-Udenli qadının oğlu qışda yüngül paltarda küçədə tapılıb, sonra uşaq anasına qaytarılıb. 

Rayon məhkəməsi qadını 200 saat islah işləri cəzasına məhkum edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.