Dünya

Moskva Qərbi hədələdi: Bunu edənlər başa düşməlidirlər ki...

23 Dekabr 2023 00:06
Baxış: 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın dondurulmuş aktivlərinin Qərbdəki mümkün qeyri-qanuni müsadirəsi "ciddi nəticələrə" səbəb olacaq.

Milli.Az publika.az-a istinadən bildirir ki, dekabrın 22-də Peskov bir sıra Qərb siyasətçilərinin müzakirə etdiyi 300 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi ideyasını şərh edib.

"Həqiqətən, biz görürük ki, bu müzakirələr ya aktivləşir, ya da əksinə, sönür. Amma istər Avropada, istərsə də Amerikada əmlakımızın qanunsuz zəbt edilməsi mövzusu daim gündəmdədir.

Potensial olaraq, bu mövzu bizim üçün qəbuledilməzdir, qlobal maliyyə sistemi üçün son dərəcə təhlükəlidir, çünki belə planlar həyata keçirilərsə, bu, beynəlxalq maliyyə sferasının bütün sisteminə çox ciddi zərbə olacaq", - deyə Peskov bildirib.

O vurğulayıb ki, bu qərarın təşəbbüskarları və potensial icraçıları "başa düşməlidirlər ki, Rusiya Federasiyası bunu edənləri heç vaxt yaddan çıxartmayacaq".

"Rusiya Federasiyası həmişə beynəlxalq, milli və digər səviyyələrdə hüquqi etiraz etmək hüququndan istifadə edəcək. Həm avropalılar, həm də amerikalılar mükəmməl başa düşürlər. Bunun, təşəbbüskar və həyata keçirənlər üçün hüquqi nəticələri olacaq.

Əgər kimsə bizdən nəyisə müsadirə edərsə, biz də fikirləşərik ki, görək əvəzində nəyi müsadirə edə bilərik", - Peskov bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.