Dünya

Körpə ana südündən zəhərlənib öldü - FOTO

22 Dekabr 2023 03:33
Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda iki aylıq qızın ölüm səbəbi məlum olub.

Milli.Az lent.az-a istinadla bildirir ki, körpənin bədəninə ana südü ilə daxil olan dərmanlar səbəbindən öldüyü müəyyənləşib.

Ailə Komendantski prospektində yaşayıb. Körpəni atası gecə saatlarında huşsuz vəziyyətdə tapıb və o, təcili yardım çağırıb. Lakin körpəni xilas etmək mümkün olmayıb.

Müayinə zamanı məlum olub ki, iki aylıq qızın qanında, mədəsində və digər orqanlarında metadon adlı narkotik maddə var. Həkimlər onun uşağın orqanizminə ana südü ilə daxil ola biləcəyini düşünürlər.

Narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı cinayət işinin başlanması məsələsi həll edilir. Uşağın ailəsinin qeyri-funksional kimi qeydiyyata alındığı məlum olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.