Dünya

Almaniya məhkəməsi İranı terrorda ittiham etdi

20 Dekabr 2023 22:00
Baxış: 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düsseldorf Ali Məhkəməsi ötən il Almaniyanın Bohum şəhərində sinaqoqa edilən terror hücumunun arxasında İran rəsmilərinin olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Şpigel" nəşri məlumat yayıb.

Məhkəmənin açıqlamasından sonra Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

Düsseldorf Ali Məhkəməsi terror hücumuna görə İran-Almaniya ikili vətəndaşlığı olan 36 yaşlı Babək C. adlı şəxsi 33 ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Babək C. 2022-ci ilin noyabr ayında Bohum şəhərində yerləşən yəhidi sinaqoquna yandırıcı maddə ilə hücum etmək istəyib. Sinaqoqun polis tərəfindən mühafizə olunduğunu gördükdə hazır vəziyyətə gətirilmiş yandırıcı maddəni yaxınlıqda yerləşən məktəb binasına atıb.

Almaniya məhkəməsi terrorçunun İran hakimiyyəti ilə əlaqələrini sübut edən faktların aşkarlandığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.