Dünya

Baydenlə bunları müzakirə etdik - Ərdoğan

19 Dekabr 2023 19:02
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"ABŞ Prezidenti Co Baydenlə müzakirə zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. Baydenin "Siz bunu parlamentdə qəbul edin, mən də eyni şəkildə Konqresdən keçirəcəm" kimi açıqlaması oldu. Parlamentdəki proseslə bağlı başqa bir çətin məsələ də hərbi tədarükdə Kanada və bəzi müttəfiqlərin mənfi yanaşmalarıdır. Bunların hamısı bir-birinə bağlıdır. İnanıram ki, həm ABŞ-ın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək", - Ərdoğan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.