Dünya

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” - BMT

16 Dekabr 2023 23:15
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəzzaya yardım çatdırmaq mümkün deyil".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib.

Touma vurğulayıb ki, UNRWA-nın Qəzzada 1050 sığınacağı var və yeniləri açılıb, lakin onlar həddən artıq doludur.

Dünənki yağışdan sonra sığınacaqların palçıqla örtüldüyünə diqqət çəkən Touma, UNRWA-nın yalnız Rəfah sərhədi yaxınlığında fəaliyyət göstərə bildiyini qeyd edib.

"Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.