İsrailli əsgərlər Qəzza zolağında döyüş zamanı səhvən üç israilli girovu öldürüblər.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Şücayyədə gedən döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə kimi tanıyıb. Nəticədə hərbçilər onlara atəş açıb öldürüblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, dərhal insidentlə bağlı araşdırmaya başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun