Dünya

Kulebaya dedim ki, bu taktiki məsələ deyil, tarixidir

12 Dekabr 2023 07:16
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın AB-yə daxil olması məsələsi işlənib hazırlanmayıb, halbuki bu, taktiki deyil, tarixi məsələdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü barədə danışarkən deyib.

O bildirib ki, Kuleba ilə iki ilə yaxındır görüşmürdü və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir araya gəliblər:

"İndi yenidən görüşəndən sonra əlbəttə ki, Ukraynanın Avropaya inteqrasiya ambisiyaları haqqında danışdıq".

Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi hazırlanmayıb və Avropa Komissiyasının Ukraynanın AB-yə üzvlüyünün bütün cəmiyyətə necə təsir edəcəyi barədə heç bir təsəvvürü yoxdur:

"Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlar aparacağına zəmanət verəcək hazırlıq işləri görməyib".

Qeyd edək ki, ötən gün Siyarto ilə Kuleba arasında görüş keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.