Dünya

Hərəkətə keçməsək, nəticələr daha ağır olacaq - Ərdoğandan xəbərdarlıq

11 Dekabr 2023 22:19
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada su mənbələri sürətlə azalır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var.

"Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb", - deyə o, əlavə edib.

Türkiyə lideri qeyd edib ki, dünyanın nizamı pozulur:

"Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.