Dünya

Bu ölkədə prezident seçkiləri keçirilir

10 Dekabr 2023 12:35
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə prezident seçkiləri başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və üç gün - dekabrın 12-dək fəaliyyət göstərəcək.

Milli Seçki Komissiyasının verilənlərinə görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkilərdə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min hakim nəzarət edir. Onların əsas vəzifəsi ümumi səsvermənin üçüncü gününün sonunda, yəni dekabrın 12-də axşam başlayacaq səslərin hesablanmasına nəzarət etməkdir.

Misirin hazırkı dövlət başçısı Əbdülfəttah əl-Sisidən başqa, üç siyasətçi prezidentliyə namizəddir. Onların heç biri nə gənclər, nə də əhalinin digər təbəqələri arasında real dəstək görmür. Bunlar sol müxalifətçi Fərid Zəhran, vəkil Abdel Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasının rəhbəri Hazem Ömərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.