Dünya

Britaniyadan xəbərdarlıq: “Rusiyanı Ukraynada dayandırmasaq...”

7 Dekabr 2023 21:50
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada vəziyyətin gərginləşməsinə baxmayaraq, dünya diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəltməlidir, əks halda Vladimir Putin daha çox şey istəyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib.

Krallığın baş diplomatı bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi indiki nəsillərin mübarizəsidir və bütün Avropa qitəsinin təhlükəsizliyini təhdid edir:

"Putini burada dayandırmasaq, daha çox şey istəyəcək və ABŞ-ın düşmənləri sevinəcək".

Kemeron Konqres Ukraynaya dəstəyin də daxil olduğu çoxmilyardlıq təhlükəsizlik yardımı paketini dəstəkləməyəcəyi təqdirdə ABŞ-ın etibarsız müttəfiq kimi görünəcəyi fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu pul Kiyev üçün son dərəcə zəruridir, amma siyasət bu məsələnin həllini çətinləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.