Dünya

Qəzzanın cənubunda hərbi əməliyyat

3 Dekabr 2023 23:26
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Müdafiə Qüvvələrinin baş komandanı Herts Halevi Qəzza zolağının cənub hissəsində anklavın şimal hissəsində olduğu kimi eyni qüvvə ilə aktiv hərbi əməliyyatların başlandığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o vurğulayıb ki, İsrail ordusunun 162-ci diviziyası anklavın şimal hissəsində mövqelərini möhkəmləndirməkdə davam edir.

"Son günlərdə biz çoxlu Həmas döyüşçüsünü məhv etdik. Bu səhər Qəzza zolağının cənub hissəsində eyni prosesə başladıq və hərbi əməliyyatlarımız, əvvəlki kimi eyni intensivlik və səmərəliliklə həyata keçiriləcək. HƏMAS komandirləri hər yerdə İsrail Müdafiə Qüvvələri ilə üz-üzə gələcək və onlar ən güclü müqavimətlə üzləşəcəklər", - deyə Herts Halevi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.