Dünya

Fransa Ermənistanı silahlandırmaqda davam edir

3 Dekabr 2023 17:42
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərilib.

Milli.Az report-a istinadən xəbər verir ki, siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.

Qeyd olunur ki, Ermənistan bu yaxınlarda "Thales"dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və "Mistral" zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Qeyd edək ki, Fransa və Ermənistan müdafiə nazirləri "Thales" şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.