Dünya

BƏƏ-dən Qəzzadakı vəziyyətlə bağlı mühüm tələb

2 Dekabr 2023 07:57
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri bazar ertəsi, dekabrın 4-də Qəzza zolağındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini tələb edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BƏƏ-nin dünya təşkilatındakı daimi nümayəndəsi Lana Zəki Nusseyba məlumat verib.

"BƏƏ diqqəti bu böhrana yönəltmək üçün müntəzəm olaraq BMT Təhlükəsizlik Şurasının iclaslarını tələb edir. Məsələn, biz indicə bazar ertəsi Təhlükəsizlik Şurasında hərbi əməliyyatların bərpası ilə bağlı qapalı məsləhətləşmələr tələb etmişik", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.