Dünya

Əks-hücum baha başa gəldi - Şoyqu Ukraynanın itkilərini açıqladı

1 Dekabr 2023 20:04
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna əks-hücum əməliyyatı nəticəsində 125 mindən çox insan və 16 mindən çox silah itirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.

"Kiyevin son həmlələri döyüş meydanındakı vəziyyəti dəyişmədi. Bu çıxılmaz hərəkətlər yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkilərin sayını artırdı. Rusiya qoşunları Ukrayna ordusuna təsirli və güclü zərbələr endirir. Onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır. Hərbi heyətimiz qətiyyətlə bütün istiqamətlərdə nəzarət zonalarını genişləndirərək daha əlverişli mövqelər tutur. Xüsusi hərbi əməliyyat təcrübəsini nəzərə alaraq, fəal müdafiəni davam etdirəcəyik. Silahlı qüvvələrin döyüş potensialını artıracağıq", - deyə Şoyqu vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.