Dünya

Ukraynanın qələbəsinə nə mane olur? – ABŞ generalı açıqladı

28 Noyabr 2023 21:19
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyaya qarşı müharibədə Ukraynanın qələbə qazanması üçün bu ölkəni hələ tam təmin edə bilməyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ ordusunun Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodces deyib.

"Özümüzü Ukraynanın qələbəsinə həsr etməyə hazır olmağımız əsas məqamdır, amma indiyədək bunu etməmişik. Yardımlarına görə ABŞ-la qürur duyuram, amma bu, Ukraynanı mübarizədə saxlamaq üçün kifayət edir", - general bildirib

Hodcesin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyində Ukraynanın əks-hücumunu tənqid edən insanlar var, bu, müharibənin dalana dirənməsinə səbəb olan uğursuzluq kimi qiymətləndirilir. General hesab edir ki, Ukraynanın tam hava üstünlüyünə nail olmadan və digər yardımları etmədən sıçrayış gözləmək əbəsdir.

Hodces indiyə qədər baş verənlərdən sonra Ukraynanın Rusiya ilə danışıqlar masasına oturacağını proqnozlaşdırmır.

Amerikalı general Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişi bağlamağın mümkün olmadığını düşünür. Onun sözlərinə görə, dünyada heç kim Putinlə anlaşmağın mümkünlüyünə inanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.