Dünya

Ağ Evin həkimi sirləri açdı - Baydenlə bağlı inanılmaz iddia

27 Noyabr 2023 19:35
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

81 yaşını qeyd edən ABŞ Prezidenti Co Bayden yenidən yaşı və zehni qabiliyyətinin azalması ilə bağlı müzakirələrin mərkəzində qalıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson narahatlığa səbəb olan iki faktora diqqət çəkib.

"Mən üç prezidentin səhhəti ilə məşğul olmuşam, ona görə də bilmirəm ki, baş komandan və dövlət başçısı olmaq nə deməkdir. Həm mənəvi, həm də fiziki cəhətdən yorucu işdir. Bu adam işin öhdəsindən gələ bilməz. Hər gün bizi inandırır ki, işin öhdəsindən gələ bilməz, bundan sonra daha da pis olacaq", - Ağ Evin keçmiş həkimi deyib.

Cekson sabiq prezidentlər Corc Buş, Barak Obama və Donald Tramp dönəmində Ağ Evdə həkim vəzifəsində çalışıb. İndi Baydenin zehni qabiliyyəti ilə bağlı həyəcan təbili çalır, hətta ondan koqnitiv testdən keçməsini və 2024-cü il seçkiləri ilə bağlı mübarizədən çəkilməsini tələb edir.

Onun sözlərinə görə, ABŞ prezidentinin zehni qabiliyyətinin aşağı düşməsi bir müddətdir özünü büruzə verir.

"Bu vəzifədə olduğu müddətdə nə qədər gerilədiyi sadəcə inanılmazdır. İmkan verə bilmərik ki, bu adam müddətin sonuna qədər və ondan sonra dörd il hakimiyyətdə qalsın. O, artıq bizi böyük təhlükə qarşısında qoyur", - Cekson vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.