Keçmişdə qadınların gözəllik uğrunda atdığı təhlükəli ADDIMLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XIX əsrdə qadınlar cazibədar görünmək üçün müxtəlif üsullara əl atırdılar. Lakin həmin dövrdə kosmetika sahəsində elmi biliklər kifayət qədər inkişaf etmədiyindən istifadə olunan vasitələrin bir çoxu sağlamlıq üçün ciddi risklər yaradırdı. Zərərli maddələr gündəlik gözəllik məhsulları kimi tətbiq olunur və bu da ağır fəsadlara səbəb olurdu.
Milli.Az xarici mediaya istinadən bildirir ki, o dövrdə ən geniş yayılan maddələrdən biri arsen (mişyak) idi. Bu maddənin dəriyə parlaqlıq verdiyi və üz rəngini yaxşılaşdırdığı düşünülürdü. Halbuki arsen zəhərli olub, uzunmüddətli istifadədə orqanizmi zədələyir və hətta ölüm riski yaradırdı.
Radium da vaxtilə faydalı hesab edilən maddələr sırasında idi. Radioaktiv xüsusiyyətinə baxmayaraq, onun əsasında üz kremləri, saç baxım vasitələri və hətta şampunlar hazırlanırdı. İnsanlar bunun bədənə enerji verdiyini düşünsələr də, sonradan ciddi təhlükə mənbəyi olduğu məlum oldu.
Civə isə xüsusilə dəri problemlərinin "müalicəsində" istifadə edilirdi. Qısa müddətdə təsir göstərsə də, bədəndə yığılaraq sinir sisteminə zərər verir, dişlərin tökülməsinə və digər ağır xəstəliklərə yol açırdı. Buna baxmayaraq, uzun müddət kosmetikanın əsas komponentlərindən biri kimi istifadə olunurdu.
Bəzi məhsullarda kantaridin adlı zəhərli maddəyə də rast gəlinirdi. Bu maddə dəridə qıcıqlanma yaradaraq qan dövranını artırdığı üçün saç uzatma vasitələrində tətbiq edilirdi, lakin ciddi yan təsirlərlə müşayiət olunurdu.
Daha riskli üsullardan biri isə saçların təmizlənməsi üçün benzindən istifadə idi. Bu maddə "quru şampun" kimi tətbiq olunsa da, tez alışan olması səbəbindən yanğın və faciələrə yol açırdı. XX əsrin əvvəllərində isə rentgen şüaları ilə epilyasiya geniş yayılmışdı. İlk baxışda rahat və ağrısız görünən bu üsul sonradan dəri yanığına, şişlərə və digər ciddi xəstəliklərə səbəb olduğu üçün tərk edildi.
Bu faktlar göstərir ki, XIX əsrdə gözəllik naminə istifadə olunan bir çox üsul son dərəcə təhlükəli idi. Müasir kosmetika sənayesində tətbiq olunan təhlükəsizlik qaydaları isə məhz bu cür riskli təcrübələrin nəticəsində formalaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib Yenilənib - (Video)
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





