Dünya

Ərdoğan elan etdi: Lirənin çöküşü başa çatdı

22 Noyabr 2023 21:18
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk lirəsinin ucuzlaşması başa çatıb, valyutanın dollar qarşısında möhkəmlənməsi ehtimalı yüksəkdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"İnflyasiyanın azaldılması proqramımız çox güman ki, lirənin dəyərinin real qiymətləndirilməsinə gətirib çıxaracaq. Beləliklə, lirənin ucuzlaşması prosesi başa çatıb, möhkəmlənməsi ehtimalı yüksəkdir", - o bildirib.

Ərdoğan qeyd edib ki, hakimiyyət konstruktiv islahatlar və düzgün iqtisadi siyasət həyata keçirməklə investorların etimadını qazanır ki, bu da likvidlik axınına və lirənin real məzənnəsinə gətirib çıxarır:

"Nəticədə ağıllı artım (iqtisadiyyatda - red.) olacaq və eyni zamanda inflyasiya da azalacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.