ABŞ-nin dünyanın hər yerində ədaləti yox, maraqları var - ŞƏRH
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Ordusunun 19 sentyabrda keçirdiyi lokal antiterror əməliyyatlarından sonra ABŞ sanki Avropa Birliyinin bu məsələdəki mövqeyini, Fransanın canfəşanığını kənardan izləyən bir dövlət təsəvvürü yaradırdı.
Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Ekspert bildirib ki, indi məlum olur ki, Azərbaycana qarşı Qərbin aqressiyasının başında elə Birləşmiş Ştatların özü dayanır.
"Bu, o Amerikadır ki, birinci Qarabağ müharibəsində ərazilərimizin işğalı, azərbaycanlıların doğma yurdlarından qovulması, torpaqlarımızda soyqırımı aktlarının törədilməsi nəticəsində minlərlə vətəndaşımızın həyatını itirməsi kimi qanlı faktların ortada olmasına baxmayaraq, 30 il ərzində heç tükünü belə tərpətmədi.
Bu, o Amerikadır ki, BMT TŞ-nin Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun qeyd-şərtsiz və dərhal çıxarılmasına dair 4 qətnaməsinin icrasına 30 il göz yumsa da, İraqa və Əfqanıstana BMT TŞ-nin sanksiyasını nəzərə almadan, qurama terror aktlarını əsas gətirib girdi. Bu müqayisə Birləşmiş Ştatların beynəlxalq müstəvidə yaranan problemlərin həllində nə qədər ədalətli mövqe tuta bilməsinə yaxşı nümunədir. Bu ölkənin dünyanın hər yerində ədaləti yox, maraqları var! Bu ölkə dünyanın hər yerində özünün strateji və təbii ki, ondan doğan iqtisadi maraqları uğrunda çarpışır".
F.Yusifov bildirib ki, bu gün ABŞ-nin Ermənistana bu qədər "isti" münasibətinin kökündə erməni sevgisi dayanmır.
"ABŞ-nin bu regionda əsas marağı Qərblə Şərqi birləşdirən yolların keçdiyi Cənubi Qafqaz regionundan Rusiyanı sıxışdırıb çıxarmaqdır. Ancaq bu, nə qədər realdır? Bax, bu olduqca ciddi bir sualdır. Bu gün Ermənistan iqtisadiyyatının az qala 80%-ə yaxını birbaşa və dolayı yolla Rusiyanın nəzarətindədir.
Ermənistanın dövlət sərhədlərini Rusiya hərbçiləri qoruyur. Bütün tarix boyu onun-bunun əlində alət kimi istifadə olunmuş ermənilər və onların yaratdıqları qondarma Ermənistan dövləti ilk baxışda Rusiyadan imtina edib, Qərbə sığınan kimi görünsə də, əslində, o, bu gün öz xislətinə uyğun olaraq, Qərblə Rusiya arasında oyun oynayır.
Bu gün Ermənistan Qərbin tətbiq etdiyi sanksiyalardan Rusiyanı yayındıran əsas ölkələrdən biridir. Baxın, bir tərəfdən ABŞ-yə sığınmaq istəyən Ermənistan, digər tərəfdən ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaları çeynəyərək, qadağan olunmuş məhsulları xarixi ölkələrdən alıb, başqa məhsulların adı altında Rusiyaya satır.
Ən dəhşətlisi isə odur ki, Ermənistanın bu ikili oyununu ABŞ və AB ölkələri yaxşı bilirlər və guya bununla bağlı Ermənistana bir neçə dəfə də "xəbərdarlıq" ediblər. Görünən odur ki, paradokslarla dolu bir münasibətlər müstəvisində ortada olan ancaq maraqlardır.
Birləşmiş Ştatlar hesab edir ki, indi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün daha bir tarixi şans yaranıb və bu, tezliklə baş verə bilər. Bu isə inandırıcı görünmür", - deyə o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
XƏBƏR LENTİ
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər





