Dünya

ABŞ və Filippin nüvə razılaşması imzaladı

17 Noyabr 2023 08:48
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 17-də ABŞ və Filippin Vaşinqtona nüvə texnologiyası üçün karbonsuzlaşdırma və enerji müstəqilliyini artırmaq üçün nüvə enerjisindən istifadə imkanlarını incələyən Manilaya nüvə texnologiya və materiallarını ixrac etməyə yol açacaq saziş imzalayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Birləşmiş Ştatlar Filippin kiçik modul reaktorları və digər mülki nüvə enerjisi infrastrukturunu inkişaf etdirməyə çalışarkən onlarla avadanlıq və material paylaşa biləcək", - ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində imzalanma mərasimində deyib.

"Saziş 123" üzrə danışıqlar 2022-ci ilin noyabrında başlayıb.

"Biz nüvə enerjisinin 2032-ci ilə qədər Filippinin enerji qarışığının bir hissəsinə çevriləcəyini görürük və Birləşmiş Ştatlarla birlikdə bu yolu davam etdirməkdən çox məmnunuq. Nüvə enerjisi Filippin - ABŞ müttəfiqliyinin və tərəfdaşlığının həqiqətən işlədiyini göstərə biləcəyimiz bir sahədir", - Filippin Prezidenti Ferdinand Markos çıxışında bildirib.

Əldə olunmuş razılaşma hələ ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

2022-ci ilin sonuna kimi ABŞ-nin 47 ölkəni, habelə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və Tayvanı əhatə edən 23 sazişi var.

Filippin, iqlim məqsədlərinə çatmaq və enerji təhlükəsizliyini artırmaq üçün kömür stansiyalarını istismardançıxarmağa çalışdığı üçün nüvə enerjisini alternativ həyat qabiliyyətli enerji mənbəyi kimi istifadə etmək istəyir. Cənub-Şərqi Asiya ölkəsi dəyişkən qlobal neft qiymətləri, elektrik enerjisinin mövsümi kəsilməsi və yüksək elektrik tarifləri qarşısında həssasdır.

Qeyd edək ki, 1954-cü il tarixli Amerika Birləşmiş Ştatlarının Atom Enerjisi Aktının "Digər ölkələrlə əməkdaşlıq" adlı 123-cü bölməsi ABŞ və hər hansı digər ölkə arasında nüvə əməliyyatları üçün ilkin şərt kimi əməkdaşlıq sazişini müəyyən edir. Bu razılaşma "Saziş 123" adlanır. "Saziş 123"ün bağlandığı ölkələr arasında Türkiyə, Qazaxıstan, həmçinin Ukrayna da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.