Dünya

“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil etdi

16 Noyabr 2023 19:41
Baxış: 794
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Livandakı "Hizbullah" hərəkatı İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hizbullah" yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin sərhəddəki Misqav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə uyğun silahlarla hücum təşkil edildiyi qeyd edilib.

Hücumda bütün nöqtələrin tam dəqiqliklə vurulduğu bildirilsə də, İsrailin itkiləri ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasında gedən qarşıdurmalarda 74 "Hizbullah" üzvü və 6 İsrail əsgəri həlak olub.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.