Dünən Qəzzanın şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinin atəşə tutulması nəticəsində 30-dan çox adam həlak olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə RT məlumat yayıb.
"Zərbələr nəticəsində 12 ev tamamilə dağılıb. Hazırda 31 meyit və 9 yaralı var", - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda dağıntılar altında qalan onlarla adamın axtarışı davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun