Dünya

ABŞ İsrailə buna görə dəstək verir - Amerikalı politoloq

11 Noyabr 2023 13:00
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəhbərliyi güclü yəhudi lobbisinin dəstəyini itirməkdən qorxduğundan İsraili dəstəkləməyə davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri amerikalı politoloq Con Mirşaymer deyib.

Politoloq Fələstin-İsrail münaqişəsi ilə bağlı Qəzzada atəşkəs tələb edən qətnamələrə ABŞ-ın veto qoymasını da belə izah edib:

"Co Bayden Barak Obama, Cimmi Karter və Corc Volker Buş kimi çox gözəl anlayır ki, İsrail lobbisini yolunu keçsə, siyasi bədəl ödəyəcək".

Qeyd edək ki, ABŞ-da yəhudi diaspor nümayəndələrinin 5-8 milyon nəfər olduğu təxmin edilir.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.