Dünya

Bu ölkə Ukraynanın AB üzvlüyünə qarşı çıxdı

9 Noyabr 2023 10:44
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstan Ukraynanın AB-yə üzvlüyünün nəticələrini şübhə ilə qiymətləndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Kiyev AB-yə daxil olmaq üçün qanunun aliliyi və milli azlıqların hüquqlarına hörmət kimi zəruri şərtləri yerinə yetirməyib. Biz görürük ki, (Ukraynada - red.) söz və media azadlığına hörmət edilmir, seçkilər keçirilmir. Avropa Komissiyasının, Avropa institutlarının və AB-yə üzv ölkələrin bu qurumların fəaliyyəti barədə müsbət nəticə çıxarması absurd olardı", - nazir bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.