Dünya

Müharibə cəbhəsi genişlənir – Hədəfdə paytaxt da var

6 Noyabr 2023 21:13
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə hazırlaşır, qış başlamazdan əvvəl hava hücumundan müdafiəni gücləndirməklə təkcə Kiyevin yox, digər regionların da hədəfdə olduğunu göstərir. Rusiya bu məqsədlə dəqiq raket ehtiyatını işğal başlamazdan əvvəl olduğu səviyyəyə qaytara bilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

Onun sözlərinə görə, qarşıdakı qış keçən ilkindən asan olmayacaq:

"Söhbət təkcə zenit və raket əleyhinə müdafiə sistemlərimizin imkanlarının artırılmasından yox, həm də düşmənin aqressiyasını genişləndirməsinə və yeni zərbələrinə hazırlıqdan gedir. Ona görə də bu qışın daha asan keçəcəyini deyə bilmərəm".

General qeyd edib ki, Rusiya hücumu genişləndirmək planına uyğun olaraq PUA və X-101/555 tipli idarəolunan raket ehtiyatı formalaşdırır:

"Toplanma davam edir. Eyni zamanda, Rusiya X-101 kimi daha dəqiq raketlərin istehsalını genişləndirir. Bu raketlərin ehtiyatı müharibənin başlanğıcı səviyyəsinə çatdırılıb".

Romanenko əlavə edib ki, Rusiya lideri Vladimir Putin mütəmadi olaraq strateji nüvə qüvvələrinin təlimlərini keçirərək bütün dünyaya "ölkəsinin gücü"nü xatırlatmağa davam edir. Onun fikrincə, bütün bu faktlar Rusiyanın Ukraynaya qarşı aqressiyasını genişləndirəcəyindən xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.