Dünya

“Tualetlərdə kifayət qədər yerimiz var”

4 Noyabr 2023 07:26
Baxış: 1 752
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu, ilk nota deyil. Qoy göndərsinlər. Tualetlərdə kifayət qədər yerimiz var. Ona görə də göndərə bilərlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Belə ki, Litva Belarus Atom Elektrik Stansiyasından (BNPP) yarandığı iddia edilən təhlükə ilə bağlı həmin ölkəyə nota verib.

Lukaşenko bildirib ki, bu notanı "dəlilər" göndərib. 

"Litva xalqının bu dəlilərlə heç bir əlaqəsi yoxdur. İnanın, mən orada nə baş verdiyini bilirəm. Mən hətta bu gün Litvaya rəhbərlik edənlərin babalarını və valideynlərini də tanıyıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.