Dünya

Hizbullah dəhşətli müharibənin ANONSUNU VERDİ - Hər şey an məsələsidir

3 Noyabr 2023 23:43
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə xalqa müraciət edib.

Milli.Az Referans.az-a istinadən xəbər verir ki, o, çıxışı zamanı Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalını real adlandırıb. 

Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı fəaliyyətindən asılıdır.

Həsən Nəsrullah qeyd edib ki, Hizbullah Livan cəbhəsində istənilən dəyişikliyə açıqdır. Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq istəyənlər "Qəzza zolağında müharibəni dərhal dayandırmalıdırlar".

O bildirib ki, Hizbullah Qəzzada atəşkəsə nail olmaqdan əlavə, HƏMAS hərəkatının qələbəsini zəruri məqsəd hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.