Faciəli şəkildə ölən İzzət Cəfərov Qarabağ qazisinin övladı imiş.
Milli.Az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları bildirib.
Qeyd olunub ki, onun atası Zaur Cəfərov Birinci Qarabağ müharibəsində döyüşüb.
Xatırladaq ki, İzzət Cəfərov ötən gün Siyəzəndə evinin hamamında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Bildirilib ki, İzzət Cəfərov uzun müddət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb və yanğınsöndürən kimi fəaliyyət göstərib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az





