Cəmiyyət

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?

11 Fevral 2026 21:36
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış influenser Fidan Zeyn "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə bloger sosial media hesabında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməyib, mənə vurulmuş ziyan hələ də ödənilməyib. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın".

Bloqer açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub:

"Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib".

Sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır:

"Araşdırmalarla əmələ hüquqi qiymət veriləcəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.