Cəmiyyət

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğradı - Təfərrüat - VİDEO

12 Fevral 2026 01:12
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda edilən estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğrayıb.

Milli.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Gülzar Mikayılovanın başına gəlib.

O, iddia edir ki, canlı söhbətdə gördüyü kampaniya ilə bağlı "Dəniz Hospital"a gedib.

Ona "Üzgərmə və bir neçə fərqli prosedur ediləcək" deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Gülzar Mikayılovanın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, başqa həkim - Həmid Əsədov icra edib.

Əməliyyatdan sonra üzündə olan problemləri görən qadın yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim pulu geri qaytaracağını bildirsə də, bunu da etməyib.

Hadisədə adı hallanan həkim Həmid Əsədov iddiaları təkzib edərək bildirib ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir. Həmin çapıq getsin deyə, müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib.

Həkim bir müddət tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərmədəyini və hazırda isə işləmədiyinə görə ödənişi qaytara bilmədiyini, işinə geri qayıtdıqdan sonra pulu verəcəyini deyib.

Əməliyyatın icra edildiyi xəstəxana məsələ ilə bağlı münasibət bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.