Bakıda qapısına işarə qoyulmuş evlər söküləcək - 2700 manat kompensasiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda növbəti böyük söküntü prosesi başlayır.
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək. Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib. Söküləcək evlərin divarlarına xüsusi nömrələrlə işarələr də qoyulub.

Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Yasamal rayonu ərazisində kompensasiya məbləği hər kvadratmetr üçün 2700 manat nəzərdə tutulub.
"Lakin hər bir layihə üzrə müvafiq icra qurumunun satınalma aparmaq hüququ var və qalib gələn şirkət həmin ərazi üzrə kompensasiya məbləğini müəyyən edə bilər. Bu variant daha uyğun hesab olunur.
Əgər sözügedən ərazidə söküntüdən sonra yaşayış binaları tikilməyəcək, yalnız magistral yol genişləndiriləcəksə, bu halda vətəndaşlara kompensasiya ödənilir ki, onlar digər ərazilərdə mənzil əldə edə bilsinlər. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə daşınmaz əmlakın qiymətləri daha yüksəkdir. Belə hallarda daha geniş yaşayış sahəsinə görə kompensasiya alan vətəndaşlar mərkəzdən daha uzaq ərazilərdən mənzil almağa məcbur olurlar".
Sədr qeyd edib ki, bu kimi problemlərin həlli məqsədilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təklif edib ki, həmin ərazilərdə yerləşən yeni tikililərin bir kvadratmetr üzrə bazar dəyəri kompensasiya məbləği kimi müəyyən edilsin. Təbii ki, bu yanaşma yalnız müvafiq icra qurumlarının qərarı ilə mümkün ola bilər.
"Söküntülərin aparılacağı ərazilərin ətrafında yeni tikililərin bahalaşacağı gözlənilir. Köhnə binaların sökülməsi ərazinin bazar dəyərinin və ümumi əhəmiyyətinin artmasına səbəb olur.Söküntü aparılan ərazilərdə əsas artım torpaq sahələrinin qiymətlərində müşahidə olunur. Belə ki, həmin ərazilərdə infrastruktur işləri aparıldıqda, parklar salındıqda və yollar genişləndirildikdə torpaq sahələri azalır. Bu səbəbdən qiymətlər daha sürətlə yüksəlir".
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: tələsməmək daha doğru olacaq
-
Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər
-
Dünya gözəli idi, Ebru Gündəşin "əkizi" oldu
-
İki hərbçimiz minaya düşdü
-
“Real” Mourinyoya görə bu qədər pul verəcək
-
Özlərinə daha çox problem yaradan BÜRCLƏR
-
Almaniya və Ukrayna birgə dron istehsal etməyi planlaşdırır
-
62 yaşlı kişi bazarda öldü
-
Əmisi oğlunu bıçaqladı
-
Bakıda evin həyətində meyit tapıldı
-
ÇL-də final matçının hakimləri bəlli oldu
-
Bakıda məktəbdə beşinci sinif şagirdi bıçaqlandı - FOTO
-
Tramp: "ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq"
-
“Məni istəməyəni bağışlaya bilmirəm”
-
20 günün əsgəri vəfat etdi - FOTO
-
Kürdəmirdə hərəkətdə olan maşın yandı
-
“Avroviziya” şərhçilərimiz onlar olacaq
-
Nərgiz Məhəmmədi azadlığa buraxıldı
-
Natavanla Dado yenidən bir arada
-
"Barselona"dan Flik qərarı
-
"Ulduz müharibələri"nin "zabiti" vəfat edib
-
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ





