Dünya

Ukrayna ilə bağlı kritik qərar – “Bitirməyin vaxtıdır”

2 Noyabr 2023 22:52
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresinin bir qrup respublikaçı üzvü Prezident Co Baydeni Ukraynaya daha uzaqmənzilli ATACMS raketləri göndərməyə çağırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, konqresmenlər Baydenə məktubda kiçikmənzilli raketlərin Ukraynaya ötürülməsini dəstəklədiklərini iddia edirlər.

Respublikaçılar həmçinin Ukraynanın uzaqmənzilli ATACMS-lar üçün müraciət etdiyini xatırladırlar və Kiyevin onlardan məsuliyyətlə istifadə etmək bacarığını nümayiş etdirdiyini deyirlər:

"ATACMS üzərində işi bitirməyin vaxtıdır. Bunu etməmək döyüş meydanında dalana dirənmə və bu müharibənin daha da uzadılması riski ilə yanaşı, həm də düşmənlərimizin bütün dünyada təsir əməliyyatları aparması nəticəsində qlobal qeyri-sabitliyin daha da artması riski daşıyır".

Konqresmenlər Baydenə Ukraynanın dərinliklərə zərbələr endirmə tələbi və qabiliyyətini də xatırladırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.