Dünya

Blinken İsrailə səfər edəcək

1 Noyabr 2023 08:13
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Belə ki, Blinken hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun bəzi ölkələrinə səfər etməyi planlaşdırır.

Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib. Bundan başqa, oktyabrın 18-də ABŞ Prezidenti Cozef Bayden 1 günlük təcili səfərlə İsraildə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.