Dünya

İran mediası Dağıstanda iğtişaşlara dəstək verdi

30 Oktyabr 2023 16:43
Baxış: 1 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran mediası və SEPAH-a məxsus sosial media kanalları Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verən iğtişaşlardan yazıb, hava limanına soxulanları alqışlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İRNA xəbər agentliyi xüsusi yazı dərc edib.

SEPAH-a bağlı Teleqram kanalları isə iğtişaşçıların dini şüarlar səsləndirərək, hava limanına girmələrini "sionizmə qarşı mübarizə" kimi təqdim edib.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.