Dünya

HƏMAS şərtini açıqladı: Buna hazırıq

29 Oktyabr 2023 16:42
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İsrail fələstinli məhbusları azad etsə, biz də əlimizdə olan məhbusları azad edəcəyik".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde deyib.

Əllərində çox sayda əsir olduğunu bildirən Ubeyde ilk növbədə İsraildən bu addımə gözlədiklərini qeyd edib: "Düşmən bir anda əsir dosyesini bağlamaq istəsə, bu addımı atsa, biz də buna hazırıq".

Qeyd edək ki, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar 23 gündür davam edir. HƏMAS tərəfindən əsir götürülənlərin azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə səylər davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.