Dünya

Netanyahu ELAN ETDİ: "Müharibənin ikinci mərhələsi başladı"

28 Oktyabr 2023 23:07
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başladığını elan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o bu barədə Təl-Əvivdə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

Baş nazir qeyd edib ki, əməliyyatın məqsədi Fələstinin HƏMAS hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir.

Netanyahu qeyd edib ki, hərbi əməliyyatların ikinci mərhələsi oktyabrın 27-də axşam Qəzza zolağına yeni quru qoşunlarının yeridilməsi ilə başlayıb.

"Düşmən ərazisində döyüşən komandirlərimiz, əsgərlərimiz xalqın və milli rəhbərliyin onların yanında olduğunu bilirlər", - Netanyahu deyib.

Baş nazir həmçinin əmin olduğunu bildirib ki, Qərb və Ərəb ölkələrindəki müttəfiqlər HƏMAS-la müharibənin məqsədlərini anlayır və İsrailə qələbə arzulayırlar.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Ha-Levi bildirib ki, hərbi əməliyyatların məqsədləri quru əməliyyatı tələb edir.

Netanyahu daha əvvəl HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.