Dünya

Fələstin-İsrail münaqişəsi: 29 jurnalist həlak olub

28 Oktyabr 2023 07:18
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bu yana 29 jurnalist həlak olub.

Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi bildirib.

"2023-cü il oktyabrın 7-dən 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox insanın siyahısına azı 29 jurnalist daxil edilib", - hesabatda qeyd olunur. Təşkilat aydınlaşdırır ki, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bu günədək jurnalistlər üçün ən ağır dövrdür.

"Xəbər agentlikləri Qəzza zolağında öz ekipajları və müxbirləri ilə əlaqəni itirdikcə, dünya reallığı görmək imkanını əldən verir", - açıqlamada deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.