Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanlarını nəzərdən keçirir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Economic Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Ermənistanın yüksək rütbəli nümayəndəsi Nyu Dehlidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb.
Məlumata görə, müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir.
Buna uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan "Pinaka" reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raketlər verib.
Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.
Milli.Az