Dünya

Polşa prezidentinin ofisinə məxsus avtomobildə izləmə cihazı tapıldı

24 Oktyabr 2023 22:37
Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Prezidenti Andjey Dudanın ofisinə məxsus limuzinlərdən birində izləmə cihazı tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.

"Məlum olub ki, bu avtomobil içində izləmə cihazı ilə bir neçə aydır idarə edilmiş ola bilər. Avtomobil Ukraynaya səfərləri də daxil olmaqla, dəfələrlə prezidentin avtomobil karvanına daxil edilib", - deyə o bildirib.

Məlumata görə, Dudanın özü bu avtomobildən istifadə etməyib. Bildirilir ki, cihaz bütün ofis maşınlarında partlayıcı əşyaların olub-olmaması yoxlanılarkən aşkar edilib.

Qeyd edək ki, Polşa prezidentinin avtomobil karvanına adətən üç avtomobil daxil edilir ki, onlardan birində dövlət başçısı, digər ikisində isə təhlükəsizlik əməkdaşları olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.