Dünya

Fələstin lideri: Heç vaxt torpaqlarımızı tərk etməyəcəyik

21 Oktyabr 2023 17:59
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İsrailin Fələstin xalqına hücumunun dayandırılmasını və humanitar yüksəlin çatdırılması üçün təcili Qəzza sektoruna dəhliz açılmasını tələb edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Mahmud Abbas bunu Fələstin üzrə Qahirə Sammitində bəyan edib.

Mahmud Abbas mülki şəxslərə hücumu qınayıb, bütün saxlanılanların azadlığa buraxılmasına çağırıb. Fələstin lideri Qəzza sakinlərinin anklavdan kənara çıxarılması təhlükəsi barədə xəbərdarlıq edib: "Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək, əbədi öz torpaqlarına qalacaq".

Mahmud Abbas BMT-ni Fələstin xalqını qorumaq üçün məsuliyyəti üzərinə ötürməyə çağırıb. Onun sözlərinə görə, təhlükəsizlik və sülhə yalnız 1967-ci il sərhədləri çərçivəsində iki müstəqil dövlətin yaradılması ilə nail olmaq mümkündür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.