Dünya

İlon Mask bir gündə milyardlarla dollar itirdi

20 Oktyabr 2023 14:41
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlon Mask bir gündə 16 milyard dollardan çox itirib. Tesla-nın üçüncü rübdəki zəif performansı səbəbindən onun sərvəti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  Tesla və SpaceX-in, eləcə də X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask bir gündə 16,1 milyard dollar itirib. Onun sərvətinin Tesla-nın üçüncü rübdə zəif maliyyə göstəriciləri səbəbindən azaldığı məlum olub. Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra aşağı mənfəət və satışlar səbəbindən 9,3% ucuzlaşıb.

Bloomberg qeyd edib ki, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir. Sahibkar dünyanın ən varlı adamı olaraq qalır. O, reytinqdə ikinci yeri tutan fransalı milyarder, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi Bernard Arnaultdan 55 milyard dollar zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.