Dünya

Qəzzadakı xəstəxananı İsrail vurmayıb - İtaliya

19 Oktyabr 2023 10:44
Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya kəşfiyyatında Qəzzadakı xəstəxanaya hücumda İsrailin məsuliyyət daşıdığına dair heç bir sübut yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.

"Kəşfiyyatımızın digər ölkələrlə məlumat mübadiləsi zamanı əldə etdiyi materiallardan bəlli olur ki, Qəzzada xəstəxananın bombalanmasına görə məsuliyyət İsrailin üzərinə düşmür", - Tayani bildirib.

Qeyd edək ki, Qəzzada "Əl-Əhli" xəstəxanasına endirilən raket zərbəsi nəticəsində 800-dən çox insan ölüb. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.

İsrailin iddiasına görə, xəstəxanaya "İslami-Cihad" hərəkatının buraxdığı uğursuz raket düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.