Dünya

HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıram - Haliva

17 Oktyabr 2023 19:32
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Aharon Xaliva HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücuma keçməsinə imkan verən səhv hesablamalara görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o tabeliyində olanlara müraciətində deyib.

"Ən vacib tapşırığımızı yerinə yetirməmişik. Rəhbər kimi bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Son 11 gün ərzində hərbi kəşfiyyat bölmələrinə səfərlərim zamanı hər zaman müharibənin başlanmasının kəşfiyyat uğursuzluğu olduğunu vurğulamışam. Nəyi araşdırmağa ehtiyac var, biz dərindən və hərtərəfli araşdıracağıq. Amma indi yalnız bir vəzifə var - mübarizə aparmaq və qalib gəlmək", - general-mayor bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.