Dünya

Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab

16 Oktyabr 2023 12:12
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "China Media Corporation"a müsahibəsində Çin avtomobillərinə tələbatın artdığını bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Putinin fikrincə, bunun səbəbi həmin avtomobillərin keyfiyyətcə yaxşı olmasından irəli gəlir:

"Çin avtomobillərinin keyfiyyəti yaxşılaşır, ona görə də istehlakçılarımız sevinirlər. Xüsusilə qiymət/keyfiyyət nisbəti baxımından Çinli istehsalçıların məhsullarına diqqət yetirmək lazımdır".

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Rusiyada 283 min 603 ədəd Çin markalı avtomobil satılıb. Model reytinqində Çindən ən çox satılan avtomobillər Chery Tiggo 7 Pro, Haval Jolion, Geely Coolray, Omoda C5 və Chery Tiggo 4 Pro olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.