Dünya

Qəzzanın su təchizatı qismən bərpa edildi

15 Oktyabr 2023 19:41
Baxış: 715
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Qəzza bölgəsinin cənubuna suyun verilişini bərpa edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə açıqlamasında israilli həmkarlarının ona bu qərar barədə məlumat verdiyini açıqlayıb.

Bir gün əvvəl "The Times of Israel" adı çəkilməyən amerikalı rəsmiyə istinadən yazırdı ki, Benyamin Netanyahu hökuməti Qəzza zolağına ərzaq, su və dərman idxalına icazə verməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Qəzza zolağına su və elektrik verilişini kəsərək, terrorçular tərəfindən əsir götürülən israillilərin azad edilməsini tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.