Dünya

Blinken İordaniyada Mahmud Abbasla görüşdü

13 Oktyabr 2023 13:27
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken İsraildən sonra İordaniyaya rəsmi səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Blinken paytaxt Əmmanda İordaniya kralı II Abdulla və Fələstin Prezidenti Mahmud Abbasla görüşlər keçirəcək.

Qeyd edək ki, Fələstin Prezidenti oktyabrın 12-si İordaniyaya səfər edib və II Abdulla ilə danışıqlar aparıb. Blinken isə, öz növbəsində, həmin gün İsraildə ölkənin Baş naziri Benyamin Netanyahu və digər dövlət rəsmiləri ilə görüşlər keçirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində, həmçinin Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Misirə də yollanacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.