Dünya

Zelenskinin Brüsselə getmə səbəbi barədə maraqlı iddia

13 Oktyabr 2023 08:53
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın diqqətinin İsrailə yönələ biləcəyindən qorxaraq, NATO ölkələri müdafiə nazirlərinin görüşünə şəxsən gedib.

Milli.Az axar.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri yazır.

"Çərşənbə axşamı Zelenski gözlənilmədən NATO müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə getdi", - şərhdə bildirilib.

Nəşr qeyd edib ki, bu cür davranış son vaxtlar Kiyevi bürüyən həddindən artıq narahatlıqdan qaynaqlanır. Belə ki, problem ABŞ-dan gələn həyəcan siqnalları ilə əlaqədardır.

İlk növbədə, ukraynalılar Qəzza zolağında gözlənilən müharibənin təkcə medianın deyil, həm də dünyanın xarici siyasət qurumlarının, xüsusən ABŞ-ın diqqət mərkəzində olacağından qorxurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.