Dünya

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

12 Oktyabr 2023 18:08
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.

BOK-un bu addımı atmasına qondarma "Donetsk və Luqansk respublikaları", Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub.

BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.

Qeyd edək ki, "Donetsk və Luqansk respublikaları", Xerson və Zaporojye vilayətlərinin olimpiya şuraları oktyabrın 5-də ROK-a üzv qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.